Sumqayıtdan paytaxta gedən elektrik qatarı piyadanı vurub. Sumqayıt24 bu haqda 8 dekabr tarixində "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Hadisə 07:40 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsində baş verib. Sumqayıt-Xırdalan-Bakı qatarı 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. Nəticədə piyada dünyasını dəyişib.
Qeyd edək ki, qatar təxminən 30 dəqiqə gecikib.