Sumqayıt-Bakı qatarında maraqlı təşəbbüs həyata keçirilib. Bu haqda bu gün, 30 iyun tarixində Libraff.az-a istinadən xəbər veririk.
Kitab mağazaları şəbəkəsi 30 iyun səhər reysinin sərnişinlərinə kitab hədiyyə edib. Vaqona daxil olduqda, vətəndaşlar oturacaqlarda qoyulmuş “TEASS Press” nəşriyyatının seçmə kitablarını görüblər.