Sumqayıt-Bakı yolunda qəza baş verib. Sürücü xəsarət alıb. Bu haqda Qafqazinfo.az-a istinadən xəbər veririk.
Bədbəxt hadisə bu gün, 28 yanvar gecə saatlarında qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı avtomobil “Ər-Riyad” Ticarət Mərkəzinin qarşısında “Mercedes” markalı maşına çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü ağır xəsarət alıb.
Fakt araşdırılır.