Sumqayıtda yerləşən 7 saylı yataqxana qəzalı vəziyyətdədir. Binada bir neçə ailə yaşayır. Bu haqda Sumqayıt24-ə sakinlər məlumat verib.
Sözügedən yataqxana H.Z. Tağıyev qəsəbəsində yerləşir. Təqdim olunan fotomateriallarda göründüyü kimi, ikimərtəbəli yataqxana binasının fasadı da, daxili kimi dağınıq vəziyyətdədir.
Burada pəncərə şüşələri qırıqdır, divarlar və tavan isə çatlarla örtülüb. Demək olar ki, hər otaqda elektrik naqillər açıq vəziyyətdə, tavandan asılı qalıblar. Həmçinin, nəmişlik səbəbindən yataqxananı pis qoxu bürüyüb. Sakinlərin sözlərinə görə, bina hər an çökə bilər. [modula id="8149"]