Sumqayıtda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tamaşaçılarla görüş keçirib. Bu haqda bu gün, 11 aprel tarixində Sumqayıtxeber-ə istinadən xəbər veririk.
Məlumata əsasən, tədbir Sumqayıt Dövlət Dram Teatrında keçirilib. Görüşdə tədbir iştirakçıları AzTV haqqında rəy və təkliflərini bildiriblər. Televiziyanın Analitik qrupunun üzvləri qonaqlara yeni layihələr haqda məlumat veriblər.
Tədbirin sonunda iştirakçılara xüsusi sorğu anketləri paylanılıb.