Şabran Xalq Teatrının keçmiş bədii rəhbəri, teatr rejissoru Cabir Əmrahov dünyasını dəyişib. Bu haqda 27 noyabr tarixində Sumqayıt24 Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmiş Cabir Əmrahov 1976-cı ildən mədəniyyət sahəsində çalışıb. 1999-cu ildən isə Şabran rayonunun mədəniyyət müəssisələrində müxtəlif vəzifələrdə işləyib.
Bədii rəhbəri olduğu Şabran Xalq Teatrı 2019-cu ildə keçirilən lll Xalq Teatrları Festivalında 1-ci yerə layiq görülüb.