Sumqayıt Dövlət Universitetinə (SDU) yeni təyinat olub. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 məlumat verir.
Təyinata əsasən, Elşad Abdullayev SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, E.Abdullayev cari ilin noyabr ayında ali təhsil müəssisəsində rektorun müşaviri vəzifəsinə təyin olunub. 2022-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.