Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe (RMİ) olan Qubadlı rayon məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğurla çıxış edib. Bu haqda bu gün, 21 yanvar tarixində AZƏRTAC xəbər verir.
Türkiyədə keçirilən “New years starts” müsabiqəsində Aylin Əsədli fortepiano ixtisası üzrə 2-ci yerə layiq görülüb. O, F.Hüseynov adına musiqi məktəbinin 6-cı sinfində təhsil alır. Gənc fortepianoçunu yarışmaya müəllimi Ülviyyə Məlikova hazırlayıb.