"Sumqayıt" futbol klubu növbəti oyuna itki ilə çıxacaq.
Sumqayit24.az xəbər verir ki, komandamız Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisinin üzvü Alvim Keffel bu qarşılaşmada forma geyinə bilməyəcək.
Buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, matç 8 fevral saat 18:30-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək