“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları İqtisadi Zonaların İnkişafı Agentliyinə təyinat alıblar. Bu haqda Sumqayıt24 bu gün, 16 iyun tarixində Report-a istinadən xəbər verir.
Elşad Nuriyev İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bundan əlavə, Rəvayət Mustafayev sədrin birinci müavini, Elxan Şiriyev, Zamir Dibirov və Fuad Məhərrəmov isə sədr müavini vəzifələrinə təyin ediliblər.
Bundan əvvəl Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Mustafayev, Şiriyev və Məhərrəmov STP-də direktor müavini, Dibirov isə Aqroparklarla iş departamentinin müdiri çalışıb.