Sumqayıt məktəblərində 2 ay müddətində mütəmadi olaraq seminarlar keçirən türk könüllüləri vətənlərinə dönüblər. Bu haqda Sağlam Düşüncə Gənclər Təşkilatının (SDGT) Facebook səhifəsinə istinadən xəbər veririk.
Bu müddət ərzində həmin könüllülər, Tarık Aslan və Özge Şahin məktəblilərə ətraf mühit və sağlam həyat tərzi haqda, tullantılardan müxtəlif məhsullar hazırlayaraq ətraf mühitin qorunması ilə bağlı ilkin bilgilər veriblər. Sonda isə şagirdlərə könüllülər tərəfindən hazırlanan xatirə sertifikatları paylanılıb.
Qeyd edək ki, seminarlar Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində təşkil olunmuşdur.