“Sağlam Düşüncə“ Gənclər Təşkilatı Qubada Sumqayıt məktəbliləri üçün Yay Düşərgəsi təşkil edəcək. Bu haqda 3 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Təmiz şəhər və sağlam gələcək uğrunda səfərbərlik” layihəsi çərçivəsində təşkil olunan düşərgə 15-19 iyul tarixlərində keçiriləcək. Düşərgə ətraf mühitin mühafizəsi və sağlam həyat tərzi ilə bağlı mövzulara marağı olan, 2024-2025-ci tədris ilində Sumqayıt məktəblərində təhsil alacaq 7, 8 və ya 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.