Sumqayıtlı məktəbli “Qış Nağılı-2022” adlı müsabiqədə qaliblər arasında yer alıb. Bu haqda bu gün, 3 fevral tarixində AZƏRTAC məlumat yayıb.
Onlayn keçirilən müsabiqədə Zəhra Kərimova 2-ci yerə layiq görülüb. O, Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinifdə təhsil alır. Zəhranı müsabiqəyə müəllimi Təranə Eminli hazırlayıb.