“Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı növbəti görüş keçirilib. Sumqayıt24 bu haqda bu gün, 15 mart tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Maarifləndirici xarakterli görüş şəhər İncəsənət Məktəbində keçirilib. Görüşün keçirilməsində məqsəd gəncləri sağlam həyat tərzi sürmələrinə təşfiq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq və onların bu sahədə davranışlarının təkmilləşdirilməsidir.
Tədbir zamanı yeniyetmə və gənclərin əl işlərindən ibarət “Narkotiksiz Gənclik” adlı rəsm sərgisinə baxış keçirilib.
Görüş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın, Sumqayıt şəhər Polis İdarəsi, şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə baş tutub.