Sumqayıt-Novxanı yolunda yeni avtobus dayanacağı qoyulur. Sumqayıt24-ə bu haqda yerli sakinlər xəbər verib.
Məlumata əsasən, həmin dayanacaq Səməd Vurğun küçəsində (“Amore” restoranına yaxın ərazidə) yerləşir. Sakinlərin sözlərinə görə, burada bu günədək heç vaxt dayanacaq olmayıb. Bu səbəbdən onlar yayın qızmar istisində, qışın soyuğunda avtobusu açıq havada gözləməli olublar.