Sumqayıtda adambaşına düşən pensiyaların məbləği məlum olub. Sumqayıt24 bu haqda 30 noyabr tarixində Olke.az-a istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 1-nə olan hesabat əsasında apardığı hesablamalara istinadən reytinq açıqlayıb. Şəhərimiz pensiyaların məbləğinə görə Azərbaycan üzrə 6-cıdır. Burada hər adama 369,66 manat pensiya düşür.