Sumqayıt Perinatal Mərkəzdə monitorinq keçirilib. Sumqayıt24 bu haqda gün, 19 aprel tarixində Aztibb.az-a istinadən xəbər verir.
UNİCEF-lə əməkdaşlıq çərçivəsində tibb müəssisəsində ”Ana südü ilə uğurlu qidalandırmaya doğru 10 addım” mövzusunda təlimlər keçirilmişdir. Montorinq zamanı burada əldə olunan biliklərin tətbiqinin vəziyyətinə nəzər yetirilib.
Mərkəzdə yoxlama ilə UNİCEF-in sağlamlıq və qidalanma proqramının konsultantı Vəfa Ağayeva, TƏBİB-in Tibbi xidmətlər departamentinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyeva, Daxili nəzarət və monitorinq departamentinin mütəxəssisi Atilla Bayramov və pediatr Lamiyə Fərzəliyeva gəliblər.