Polisi döyən deputat Eldəniz Səlimovun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata görə, hazırda həbsdə olan Səlimovun şikayəti üzrə məhkəmə prosesi Sumqayıt Apellyasiya Məhkəməsində gedir. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti iclas 14 fevral tarixinə təyin edilib.
Xatırladaq ki, Eldəniz Səlimov 29 iyul 2021-ci ildə polis əməkdaşını döyüb və bu səbəbdən 3 il 6 ay müddətinə həbs olunub.