Sumqayıtda “Özünlə fəxr et” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 25 noyabr tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə istinadən xəbər verir.
Görüş Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə təşkil olunub. Heydər Əliyev Mərkəzində bərpa xidmətlərinə cəlb edilən əlil şəxslərin iştirakı ilə artistik yoqa, həmçinin əl işlərindən ibarət sərgi nümayiş edilib.
Eləcə də “Bizi duyun” adlı videoçarx, Sumqayıt Musiqi Kollecinin xanəndələri və əlilliyi olan şəxslərin birgə musiqili ifaları və rəqs nömrələri təqdim edilib.
Sonra Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev son illər görülən işlərdən danışıb, reabilitasiya infrastrukturunun genişləndirilməsi, gələcək hədəflər barədə məlumat verib.