22 yanvar tarixində Sumqayıt şəhərinin 4 məktəbində Respublika Fənn Olimpiadaları keçiriləcək. Bu haqda Sumqayıt şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə təşkil ounacaq. Olimpiada şəhərin 11, 12, 22 və 28 nömrəli orta məktəblərində keçiriləcək.
Fənn Olimpiadaları ilə əlaqədar Sumqayıt şəhər Təhsil Şöbəsi rəhbərliyi, əməkdaşları və olimpiadanın təşkil olunduğu məktəblərin direktorları ilə birgə onlayn formatda iclas keçirilib.