Sumqayıt şəhər Narkoloji dispanserin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov qusarlı gənclərə təlim keçib. Sumqayıt24 bu haqda Shimal.news-a istinadən xəbər verir.
“Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda görüş Gənclərin Karyera və İnkişaf Mərkəzinin Qusar rayon nümayəndəliyində təşkil olunub.
Təlim zamanı Vüsal Cabbarov, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev narkomaniyanın zərərlərindən, ona qarşı mübarizə aparmağın yollarından danışıblar. Həmçinin, ətrafda zərərli vərdişləri olan insanlara edilə biləcək dəstək və kömək haqda məlumat verilib.