Sumqayıt Dram Teatrında gənc rejissor Afaq Qədimlinin diplom tamaşasının premyerası keçirilib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 teatra istinadən xəbər verir.
"İnsan səsi" monopyesi sevilən aktrisa Vəfa Qurbanovanın ifasında təqdim edilib. Müəllif fikrinin fəlsəfi qatı, özünümühakimənin, qadın psixologiyasının çalarları rejissor yozumunda maraqlı detallarla işlənib.
Premyerada ünlü sənət adamları – professor İsrafil İsrafilov, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar artistlər Mübariz Həmidov, Gülşad Baxşəlieva, Esmiralda Osmanova və Gümrah Ömər iştirak ediblər.
Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.