Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu haqda 23 noyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Sumqayıt şəhər sakini, 75 yaşlı Aslan Məmmədova məxsus 66 kvadratmetrlik yaşayış evinin talvarı və həyətdə olan "Kia" markalı avtomobil yanıb. Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnika cəlb olunub. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.
Araşdırma aparılır.