Sumqayıt sakinlərini təşviş içinə salan partlayış səslərinin mənbəyi məlum oldu.
Sakinlərin sözlərinə görə, həmin səslər qısa zaman kəsiyində bir neçə dəfə eşidilib.
Sumqayıt24 bu haqda araşdırma aparıb. Məlum olub ki partlayış səsləri, şəhərdən kilometrlərlə uzaqda olan hərbi təlim poliqonundan gəlir.