G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Sumqayıt24 bu haqda 14 fevral tarixində Fed.az-a istinadən xəbər verir.
Yığıncaq 29 mart saat 11:00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən inzibati binada baş tutacaq. Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
- “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin idarə heyətinin 2023-cü ilin yekunları və 2024-cü ildə görüləcək işlər haqqında hesabatı;
- Müşahidə Şurasının hesabatı;
- Maliyyə-Təftiş komissiyasının hesabatı;
- 2023-cü təsərrüfat ilinin balansı, hesabatların təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi.