“Sumqayıt Superfosfat” ASC məhkəməyə verilib. Sumqayıt24 bu haqda 23 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Zavodu məhkəməyə verən tərəf isə Əbilfəz Cabbarovdur. Ə. Cabbarov ASC rəhbərliyi barəsində “Əmək mübahisələri - Əmək münasibətləri üzrə sairə mübahisələr, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi” iddiasını qaldırıb.
İşə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Gülnarə Tağızadənin sədrliyi ilə baxılacaq.