Sumqayıt Təcili Tibbi Yardım (TTY) xidmətlərinin əməkdaşları və beynəlxalq ekspertlər tədbirdə iştirak ediblər. Bu haqda Tibb Universitetinin (ATU) rəsmi saytına istinadən xəbər veririk.
Tədbir Dünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə TTY sisteminin gücləndirilməsi həftəsi çərçivəsində baş tutub. Görüş Universitetin konfrans zalında “Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb” mövzusunda simpoziumla başlayıb.
Simpoziumdan sonra hər kursda 10 nəfər iştirakçı olmaqla təlimlər keçirilib. Kurslar zamanı təcili yardım sahəsində yeni məlumatların öyrənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, kurslara fevralın 12-də yekun vurulacaq.