Xalq artistinin vəfatından 3 il ötür. Sumqayıt24 bu haqda 24 noyabr tarixində xəbər verir.
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olub. 1979-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
Gənc aktyor təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. O, bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Qulu (“Tamahkar”, S.S.Axundov), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və balıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynayıb.
Əjdər Həmidov karyerasını teatr və kino səhnəsində davam etdirərək, Azərbaycanın tanınmış aktyorlarından birinə çevrilmişdi. Xalq artisti 24 noyabr 2020-ci ildə 67 yaşında vəfat edib.