Sumqayıtda yerləşən təhsil müəssisəsinin həyətində yanğın baş verib. Bu haqda məlumatı Sumqayıt24 bu gün, 3 yanvar tarixində verir.
Hadisə Tibb Kollecinin həyətində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğının genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.