Sumqayıt Tibb Mərkəzi yeni statistik göstəriciləri açıqlayıb. Sumqayıt24 bu haqda bu gün, 26 aprel tarixində xəbər verir.
Məlumata görə, 1 aprel 2021 - 1 aprel 2022-ci il vaxt aralığında sözügedən Tibb Mərkəzinin verdiyi göndərişlər əsasında 8 nəfər beyin əməliyyatı olunub. Əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilib.