Sumqayıt Tibb Mərkəzində (STM) kadr dəyişikliyi baş tutub. Bu haqda 30 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Səkinə Sadıxova STM-in direktoru vəzifəsindən azad olunub. TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən, bu vəzifə Elnur Azadxanova həvalə olunub. O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
E.Azadxanov Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.