Sumqayıtda "Fəlakətlərin Risk Dəyərləndirilməsi İşçi Qrupunun təşkili" mövzusunda seminar keçirilib. Sumqayıt24 bu haqda şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Seminar sözügedən mərkəzdə, ÜST-ün "Proact Care" layihəsi çərçivəsində 3 gün davam edib. Burada Sumqayıt Tibb Mərkəzinin rəhbər heyəti, Perinatal Mərkəzin, xəstəxanaların, Ailə Sağlamlıq Mərkəzlərinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Polis İdarəsinin, Milli Hidrometeorologiya Xidmətinin, FHN-in Sumqayıt Regional Mərkəzinin, Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsinin və SDU-nun əməkdaşları iştirak ediblər.
Təlim ÜST-ün Fövqəladə hallar üzrə məsləhətçisi Hasan Odabaşı tərəfindən aparılıb.