Sumqayıtda çalışan tibb bacılarının sayı açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 12 may tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, hazırda şəhərimizdə fəaliyyət göstərən dövlət tibb müəssisələrində 2200 tibb bacısı işləyir. Xəstələrin şəfa tapması üçün həkim göstərişlərini yerinə yetirən xidmət işçiləri kimi onların üzərinə böyük vəzifə düşür.
Qeyd edək ki, bu gün, 12 May Beynəlxalq Tibb Bacısı Günüdür.