Sumqayıtda atmosfer havası yoxlanılıb. Sumqayıt24 bu haqda 4 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, gün ərzində şəhərimizdə dispers toz hissəcikləri 1,3 dəfə normadan yüksək müəyyən olunub. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir.