Sumqayıtda xaş bişirən şəxs yanğın törədib. Bədbəxt hadisə 16-cı məhəllədə yerləşən yeni tikilinin 8-ci mərtəbəsində qeydə alınıb. Bu haqda Sumqayıt24-ə oxucular xəbər verib.
Bizə verilən məlumata görə, sakinlərdən biri öz mənzilinin eyvanında qaz balonunun üzərində xaş bişirmək istəyib. Lakin diqqətsizlik səbəbindən eyvanda yanğın başlayıb. Əraziyə dərhal FHN əməkdaşları cəlb olunub və alovu söndürməyə nail olublar.
Hadisə zamanı xəsarət alan olmayıb.