“Biletim.az” portalında yeni istiqamət əlavə edilib. Bu haqda 19 fevral tarixində Sumqayıt24 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Sərnişinlər artıq Sumqayıtdan Xudata və əks-istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.
Bilet əldə etmək istəyənlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.