Sumqayıtda sürücülərin hərəkəti görənləri təəccübləndirib. Sumqayıt24 bu haqda 24 noyabr tarixində xəbər verir.
Belə ki, Sülh küçəsində düzünə gedən 100-ə yaxın sürücü yalnız sola dönənlər üçün nəzərdə tutulmuş kənar sol zolağa daxil olmayıblar. Bununla da onlar digər hərəkət iştirakçılarının işini asanlaşdırıblar.
Qeyd edək ki, tıxac zamanı bəzi səbirsiz sürücülər yasaq zolağa çıxır, bununla da yoldakı vəziyyəti daha da gərginləşdirirlər.