Sumqayıt tullantıların zərərsizləşdirilməsi poliqonunda 11 tondan çox süd məhsullu məhv edilib. Bu haqda bu gün, 11 fevral tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, 11.429 kiloqram müxtəlif növ məhsul “Az FP Co LTD” MMC-yə məxsus idi. 74 adda məhsul “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda utilizasiya edilib.