Sumqayıt poliqonunda 110 kiloqram qida məhsulu utilizasiya edilib. Bu haqda bu gün, 22 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, məhsullar “PN Azerbaijan” MMC-yə məxsusdur. İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar “Təhlükəli Tullantılar” MMC-yə poliqonunda məhv edilib.