Sumqayıtlı gənc oğlan itkin düşüb. Bu haqda bu gün, 22 aprel tarixində Oxu.az xəbər verib.
Məlumata əsasən, 16 yaşlı Rüfət Əliyev ötən gün 14:00 radələrində Musiqi Kollecindən çıxıb. Bundan sonra hərbi komissarlıqda olub. Qurumu tərk edəndən sonra, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Rüfəti görənlər anası Xanım xanımla əlaqə saxlamaqları xahiş olunur: (051) 958-57-72.