Sumqayıtda kişi və qadın meyitləri aşkar edilib. Sumqayıt24 bu haqda bu gün, 16 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Nazirliyə, şəhərin doqquzmərtəbəli yaşayış binasının damında 1 nəfərin meyitinin olması haqda məlumat daxil olub. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri tərəfindən 59 yaşlı Altay Mərdəliyevin cansız bədəni aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, FHN-nin "112" qaynar xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında qalması ilə bağlı müraciət olunub. Ünvana çatan xilasedicilər mənzilin giriş qapısını açıb və orada 62 yaşlı Zoya Belarusovanın meyitini aşkar ediblər.