Sumqayıtda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda 29 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
“Toyota”, “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, hadisəyə səbəb “Toyota”nın sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.