Sumqayıtda xilasedicilər vətəndaşların köməyinə çatıblar. Sumqayıt24 bu haqda 8 dekabr tarixində xəbər verir.
Dekabrın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə 2 nəfərin, digər çağırışda isə daha 1 nəfərin ayrı-ayrı mənzillərdə bağlı qapı arxasında qaldıqları bildirilib. Qurumun Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən onların təhlükəsizliyi təmin edilib.