Sumqayıtda “Camal LTD” MMC-nin 3 tondan çox ərzaqı məhv edilib. Bu haqda bu gün, 18 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
Məlumata əsasən, şirkətin 3250 kq dondurma, un, ət və dondurulmuş meyvə-tərəvəz məhsulları utilizasiya edilib. Ərzaqlar “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Daha öncə, şirkətin 2 ton məhsulu məhv edilmişdir.