Sumqayıtda istehsal müəssisəsində 4 işçi zəhərlənib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Müəssisədə çalışan 4 qadın – Asudə Behbudova, Nuranə Əliyeva, Gülpəri Mahmudova və Simnarə Yarmədova dəm qazından zəhərləniblər. Hadisə yerinə cəlb edilən təcili yardım briqadaları tərəfindən işçilər hospitalizasiya olunublar.
Yaralılardan birinə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.