Azərbaycanda 283 min 901 nəfər ünvanlı dövlət sosial yardımı alır. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
Dövlət Statistika Komitəsi oktyabr ayının 1-nə olan vəziyyətə uyğun statistika tərtib edib. Sumqayıt bu siyahıda 7 min 190 nəfərlə 8-ci yerdədir. Adambaşına düşən yardımın orta aylıq məbləği isə 111,3 manata bərabərdir.