Sumqayıtda normadan yüksək dəm qazı müəyyən edilib. Sumqayıt24 bu barədə 29 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyəti yoxlanılıb. Məlumatların təhlilinə əsasən, gün ərzində Sumqayıt şəhərində dispers toz hissəcikləri və dəm qazı 1,1 dəfə normadan yüksək olub.