Nəriman Nərimanov küçəsində qəza baş verib. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
Hadisə səhər saatlarında “Eurosport” mağazasının önündə qeydə alınıb. Sərnişinlərlə dolu 522 nömrəli marşrut avtobusu arxadan “Toyota”ya çarpılıb. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.
Məlumata görə, insanlar arasında xəsarət alan olmayıb.