Sumqayıt Şəhidlər xiyabanının yanında qəza olub. Sumqayıt24 bu haqda 26 dekabr tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, “Baic” markalı avtomobil önündə hərəkət edən “Range Rover”ə çarpılıb. İkinci ərazidən uzaqlaşıb, “Baic”in sürücüsü isə sığorta agentliyinə müraciət edib.
Qəza zamanı heç kəs xəsarət almayıb.