Sumqayıtda çalışmış keçmiş məmurun oğlunun "İdrak" liseyində törətdiyi silahlı insident zamanı yaralanan müəllimin işdən ayrıldığı barədə məlumat yayılıb.
Bu barədə xəbəri Modern.аz yayıb.
Məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyev açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır".
Mənbə: Qafqazinfo.аz